Bakıda evlərin qiyməti ucuzlaşacaq

Bakıda evlərin qiyməti ucuzlaşacaq
Bütün Xəbərlər
12:55 03.06.2015
988
“Bu qiymətlərə qayıdış qeyri-mümkündür”.
Manatın devalvasiyası ilə əlaqədar Bakının daşınmaz əmlak bazarında qeyri-müəyyənlik qiymətlərin qısamüddətli artımına səbəb oldu.
Lakin vəziyyətin sabitləşdiyi indiki vaxtda ekspertlər daşınmaz əmlak üzrə qiymətlərin azalmasını proqnozlaşdırırlar.
AZXEBER.COM  xəbər verir ki, “Koneko” qiymətləndirmə şirkətinin baş mütəxəssisi Vüqar Oruc Trend-ə bildirib ki, ilin sonunadək paytaxtda daşınmaz əmlak təqribən 10-15 faiz ucuzlaşacaq:
“İqtisadi vəziyyətlə əlaqədar ölkədə mənzillərə tələbat azalıb. Bunun baş vermədiyini demək olmaz, sadəcə tələbat əvvəlkindən aşağıdır. Əgər tələbat azdırsa, müvafiq olaraq qiymətlər də enir. Lakin qiymətlərin 2010-2011-ci illərdəki səviyyəyə düşəcəyini gözləmək sadəlövhlükdür. Bu qiymətlərə qayıdış qeyri-mümkündür”.
Buna baxmayaraq, ekspertin fikrincə, Bakının bəzi rayonlarında qiymət azalması, demək olar ki, olmayacaq:
“Məsələn, ipoteka ilə mənzil alan insanlar adətən şəhərin mərkəzində deyil, ətrafdan alır, buna görə də “Həzi Aslanov” və “Əhmədli” metro stansiyaları və Xırdalan kimi rayonlarda xüsusi ucuzlaşma olmayacaq. Lakin mənzilin qiymətinin yüksək olduğu mərkəz ərazidə qiymətlər enəcək”.
“Veto Consulting”in eksperti Mahir Faadov hesab edir ki, daşınmaz əmlakın qiyməti sentyabradək azalacaq, ilin sonuna isə cüzi artım mümkündür:
“Daşınmaz əmlak bazarında qiymətlər hər ay azalır və haradasa sentyabradək bu azalma davam edəcək. Payızda mənzilin qiyməti cüzi arta bilər.
Bu onunla əlaqədardır ki, yayda bu bazarda aktivlik azdır, adətən, daşınmaz əmlak obyektlərinin satışı avqustun sonu - sentyabrın əvvəlində fəallaşır. Əgər bu il bazarda ciddi dəyişiklik olmasa, ilin sonunadək qiymət artımı olmayacaq”.
Onun sözlərinə görə, ilin sonunadək mənzillərin qiyməti 5-10 faiz azala bilər: “Hazırda daşınmaz əmlakın qiymətləri əhalinin alıcılıq qabiliyyətini üstələyir ki, bu da tələbata təsir edir. Digər amillər də var, məsələn, bəzi banklar ipoteka kreditlərinin verilməsini dayandırıb. Söhbət dövlət xətti ilə verilən ipotekadan deyil, bankların öz proqramlarından gedir.
Rusiyada yaşayan azərbaycanlılar da adətən ilin sonuna yaxın qohumlarına mənzil almaq üçün pul göndərirdilər, hazırda isə Rusiyadan pul göndərişləri azalıb. Bütün bu faktorlar da tələbatın azalmasına və müvafiq olaraq, daşınmaz əmlakın qiymətlərinin düşməsinə təsir edir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
10:48 09.08.2025
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
10:38 09.08.2025
Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir
10:33 09.08.2025
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir
Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
10:32 09.08.2025
Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
"Beləsinin qəbri üstündə ağlamayasan" - Rövşanə
10:29 09.08.2025
"Beləsinin qəbri üstündə ağlamayasan" - Rövşanə
"Neftçi" Ramil Şeydayevlə yolları ayırmaq istəyir
10:25 09.08.2025
"Neftçi" Ramil Şeydayevlə yolları ayırmaq istəyir
Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq
10:21 09.08.2025
Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
10:07 09.08.2025
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
10:05 09.08.2025
XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
10:03 09.08.2025
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10:00 09.08.2025
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”