Bakıda fahişəlik edən tələbə qızlar danışdı: "Buna məcburuq"

Bakıda fahişəlik edən tələbə qızlar danışdı: "Buna məcburuq"
Bütün Xəbərlər
22:14 04.11.2011
17543
Uzun müddətdir ki, barəsində xeyli söz-söhbət dolaşan Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 8 saylı Peşə Liseyinə, nəhayət, biz də gedib çıxa bildik. Xatirladaq ki, telekanallardaki əsas iddia Qızıldaşdakı bu peşə liseyinin yataqxanasında internat qızlarının cinsi istismara cəlb olunması, daş karxanalarda işləyən fəhlələrin onlardan fahişə kimi istifadə etməsi və qızların yoluxucu xəstəlik daşıyıcısı olması ilə bağlı idi. ANS-in reportajlarında valideyn himayəsindən məhrum olan həmin liseydə oxumuş gənc qızlar işsizlikdən əxlaqsız yola düşdüklərini deyərək onlara dövlət qayğısının olmamasından şikayətlənmişdilər.Telekanalda verilən süjet dərhal həm qəsəbədə, həm də fəal ictimaiyyətdə böyük narahatlığa səbəb olub.Hətta məlumatlara görə, həmin qızlardan birini efirdə görən keçmiş həyat yoldaşı onu gəlib aparıb...Elvina: “İş yoxdur deyə məcburuq”Dünən qəsəbədə olarkən bizə bu vəziyyətlə bağlı narazılıqlarını öncə yataqxanada məskunlaşmış məcburi köçkünlər etdilər. Onlar efirdə yayımlanan süjeti biabırçılıq adlandırdılar: “Bir-iki nəfərin ucbatından qəsəbədə yataqxanada yaşayanlar barədə xoşagəlməz rəy formalaşıb. Halbuki burda 64 qaçqın ailəsi və kimsəsiz uşaqlar məskunlaşıb. Onlar işləyir, çətinliklərə sinə gərməyə çalışırılar”. Kimsəsiz olan İlqar Süleymanov söylədi ki, yataqxanada heç bir əxlaqsızlıq yoxdur: “Burda kim bu hərəkəti edə bilər? Bu mümkün deyil. Kimsə çağırıb məqsədli şəkildə bu məsələni atıb ortaya. Düzdür, burada şəraitsizlik var. Bütün qapılar dəhlizə açılır. Uşaq, qadın, ailə var. Amma mən işləyirəm, sürücüyəm. Qəsəbədə mənə torpaq sahəsi ayrılıb. Sadəcə, imkanım yoxdur ki, özümə ev tikdirim”.Bir qədər sonra yataqxanada məskunlaşmış Elvina adlı qız gəldi. O, işsizlikdən gileyləndi: “Peşə liseyini qurtarandan sonra bizə yiyə duran olmadı. Nə iş, nə pul var. Getməyə yerimiz olmadı deyə burda məskunlaşmışıq. Burdakı qızlar indi barlarda, pullu kişilərin yanındadır”. “Bəs sən necə dolanırsan” sualına “Özünüz başa düşün də. Necə dolanmalıyam? İşləməyə iş yoxdur deyə bədənimizi satmağa məcburuq. Bir azdan dükan açıb qoruyucu (prezervativ) satacam (gülür-red.)” cavabını verir. Elvina deyir ki, onun olduğu otaq təmizdir. Özü yeməyini bişirir, paltarını yuyur. Hökumətdən ona heç bir köməklik olunmur. Odur ki, çıxılmaz vəziyyətdə qalan qızlar intim xidmət göstərmək məcburiyyətində qalırlar. Ümumiyyətlə, buradakı oğlanların əksəriyyəti daş karxanalarda fəhlə və sürücü işləyirlər. Yataqxanaya daxil olub şəraitlə tanış oluruq. Gerçəkdən də yataqxananın şəraiti acınacaqlı idi. Otaqlar soyuq, çarpayılar çirkli, dəhlizdən üfunət iyi gəlirdi. Onu da deyək ki, tələbələr yataqxananın 1-ci mərtəbəsində qalırlar. Giriş qapısı iki tərəfdəndir. Köçkünlərə və kimsəsizlərə aid iki giriş var. Sakinlər deyirlər ki, axşamlar internatdan olan bir neçə qız taksi ilə qəsəbədən çıxıb müştəriyə gedirlər. Liseyin direktoru nə deyir? Yataqxananın yaxınlığındakı 8 saylı Peşə Liseyinə baş çəkdik. Bizi qarşılayan liseyin direktoru Aydın Quliyevin sözlərindən belə məlum oldu ki, burada işlədiyi iki il müddətində bir nəfər belə olsun valideyn himayəsindən məhrum uşaq qəbul edilməyib: “Sadəcə olaraq, 3-cü kursun oğlan tələbələri əsgərlikdən gələndən altı ay sonra yeməkxana bağlandı və onlara yardım kəsildi. Hazırda peşə liseyində demək olar ki, yetim uşaq təhsil almır. Vaxtilə bu peşə liseyində təhsil alan yetim uşaqların indi 25-30 yaşları var. Onlara mümkün qədər diqqət ayırmağa çalışsaq da, elə bir imkanımız yoxdur ki, daima yardım edək”.Lisey direktoru yataqxanada tələbələrlə yanaşı, köçkünlərin də yaşadığını söylədi: “Burada Qubadlı, Zəngilan, Füzulidən olan qaçqınlar məskunlaşıblar. Binanın yalnız bir və ikinci mərtəbəsində tələbələr qalır. Onlar da çoxdan liseyin məzunu olublar. Sadəcə, valideyn himayəsindən məhrum olan uşaqları yataqxanadan çıxarmağa vicdanım yol vermir. Çünki onların ümidi hər yerdən üzülüb. Heç kim onlara sahib durmur. Onlar da liseyə gəlirlər. Biz də öz növbəmizdə gücümü, nəyə çatırsa, onlara yardım edirik. Halbuki onları yataqxanadan çıxarmaq hüququmuz var. Ancaq yataqxanada otaq veririk, yatacaqla təmin edirik. Yataqxanada 13 qız, 15 nəfər oğlan yaşayır. İndi həmin şəxslər müstəqil həyata başlayıblar. Çünki onlardan ən kiçiyinin 23, ən böyüyünün isə 30 yaşı var. Burada bizim işimiz həmin tələbələri peşə liseyində oxuduqları üç il müddətində yataqxana ilə təmin etmək və hər bir problemləri ilə maraqlanmaqdır”.Fahişəlik edən qızı əri aparıbDirektor ANS-də yayımlanan “İç-xəbər” proqramının çəkilişində liseyin keçmiş tələbəsi Günel Muradovanın dediklərinə aydınlıq gətirdi. Onun sözlərinə görə, sözügedən telekanal çəkilişi elə təqdim edib ki, guya Günel Muradova fahişəlik edib və uşağa qalıb: “Həmin qız bizim liseydə oxuduğu müddətdə çox tərbiyəli, bizim seçilən tələbələrimizdən olub. Məktəbi bitirdikdən sonra Bakıdakı hansısa mağazalardan birində çalışıb. Orda Şirvan şəhərindən bir oğlanla tanış olaraq ailə həyatı qurub, uşaqları dünyaya gəlib. 2011-ci ilin sentyabr ayında qucağında uşaqla bura gəlib dedi ki, qalmışam çöldə. Ona başa saldım ki, dost-tanışınla əlaqə saxla, onlar sənə kömək edər. Amma bildirdi ki, gedəcək bir yeri yoxdur. Yataqxanada ona yer verdim. Yatacaq dəsti ilə təmin etdim. Üstəlik, kömək etdim və hüquqlarının müdafiəsi üçün Qaradağ Rayon Məhkəməsinə müraciət etdi. ANS-in yataqxanadan hazırladığı süjet efirə gedəndən sonra qayınanası və həyat yoldaşı gəlib onları evinə apardı. İndi həmin qız ailəsinin üzünə necə baxacaq, mənə maraqlıdır”.A.Quliyev yataqxanada bizə gileylənən Elvinanın dediklərinin əsassız olduğunu söylədi. Onun sözlərinə görə, Elvina vaxtilə peşə liseyinin tələbəsi olub. Lakin nizam-intizamsız bir tələbə olduğundan məktəbdən xaric olunub. Daha sonra yetim qalan bacısı ilə yataqxanaya sığınan Elvinaya peşə liseyi kömək edib: “Halbuki biz ona kömək etmək məcburiyyətində deyilik. Onun 27 yaşı var. Liseydə oxuduğu üç il ərzində biz ona bütün lazımi, köməkliyi etmişik”.

Fərahim İLQAROĞLU, Emil SALAMOĞLU

"Yeni Müsavat" qəzeti

OXŞAR XƏBƏRLƏR