Bakı marketlərində alçanın bir ədədi 11 manat 50 qəpiyə satılır.
AZXEBER.COM xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto paylaşılıb. Fotoda 4 ədəd alçanın olduğu görünür və bir alçanın qiyməti 11 manat 50 qəpilk olduğu qeyd olunub. Beləliklə bağlamada olan 4 ədəd alçanın qiyməti 46 manata gəlib çıxır.
Qeyd edək ki, ötən ilin bu vaxtında paytaxt marketlərində alçanın bir ədədi 7 manata, kilosu isə 210 manata satılırdı.
