Bakıda film kimi olay: Toya hazırlaşan ailənin pulları və qızılları oğurlandı

Bakıda film kimi olay: Toya hazırlaşan ailənin pulları və qızılları oğurlandı
SOSİAL
01:18 09.09.2017
5509
Bakıda dəhşətli oğurluq hadisəsi baş verib.
 
Hadisə haqqında məlumatı AZXEBER.COM- a tanınmış aktyor Elnur Kərimov verib. O bildirib ki, bu gün qardaşı oğlunun qız toyu zamanı bəyin evindən oğurluq edilib. Toydan sonra evə gələn ailə şoka düşüb. Belə ki, oğrular evdə olan qızıl və pulları oğurlayıblar. Hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşanıb. Hadisəylə bağlı rayon polis idarəsinə məlumat verilib.
  
Aktyor bildirib ki, oğlan toyu ayın 18-nə planlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR