Bakıda "Ford" markalı yük avtomobili, Göyçayda isə 3 otaqlı ev yanıb

Bakıda "Ford" markalı yük avtomobili, Göyçayda isə 3 otaqlı ev yanıb
Bütün Xəbərlər
22:59 24.08.2015
614

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Yanğın paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus "FORD" markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin kabinəsi və yük hissəsinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın hadisəsi həmçinin Göyçayda qeydə alınıb. 

Məlumata görə, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dəhlizin tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

//apa.az

OXŞAR XƏBƏRLƏR