Bakıda gecə klubunda bıçaqlanma hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 24-də saat 05:50 radələrində Q. Qarayev prospektində yerləşən gecə klubunda qeydə alınıb. Bakı şəhər sakinləri Nahid Əzizov münaqişə zəminində Qahir Şükürlünü bıçaqlayıb.
Hadisəni törədən N. Əzizov Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi və Çevik Polis Alayı əməkdaşları tərəfindən tutulub.