Bakıda gecə qan su yerinə axdı

Bakıda gecə qan su yerinə axdı
Bütün Xəbərlər
12:00 18.07.2014
579
Ötən gecə saat 23:00-da Bakının Xəzər rayonu ərazisində qan su yerinə axıb. 
Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsindən verilən məlumata görə, hadisə dəmiryolu yaxınlığında baş verib.İnsident nəticəsində 3 nəfərin qanı tökülüb. Belə ki, 34 yaşlı Tərlan Xudaquliyev, 28 yaşlı Yalçın Xudaquliyev və 22 yaşlı Ayaz Abdullayev bıçaqlanıblar. Hər 3 şəxs ağır halda xəstəxanaya yerləşdirilib.İlkin ehtimala görə, hadisə mübahisə zamanı baş verib. Mübahisədə söyüş işlədilməsi nəticəsində tərəflər bıçağa əl atıblar.Hələlik hadisənin təfərrüatları barədə məlumat verilmir.Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR