Bakıda gecə saatlarında avtomobil yarışı qəza ilə bitdi - FOTOLAR

Bakıda gecə saatlarında avtomobil yarışı qəza ilə bitdi - FOTOLAR
Bütün Xəbərlər
12:52 28.01.2015
1331

Bakıda yük maşını “Mercedes”lə toqquşub.AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, gecə saatlarında “Mercedes” markalı iki avtomobil Ziya Bünyadov prospektində yarışa çıxıb.

Yüksək sürətlə hərəkətdə olan maşınlar yolun təmir işləri gedən hissəsinə çatıblar və bu zaman Vüqar Həsənovun idarə etdiyi “Mercedes”, Şaiq Behbudovun idarə etdiyi “Shacman” markalı yük maşınının qarşısına çıxıb və qəza baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtomobillər yararsız hala düşüb.
Qəza baş verən ərazidə avtomobil sıxlığı yaranıb.
OXŞAR XƏBƏRLƏR