Bakıda gecə vaxtı 'Kurtlar Vadisi'nə bənzəyən hadisə - AÇIQLAMA

Bakıda gecə vaxtı
Bütün Xəbərlər
18:20 22.11.2012
4162
Yasamal sakinin evinin qarşısında öldürüldü
Noyabrın 20-də saat 00:30 radələrində Xəlilov Müşviq Atabala oğlunun yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi 31/48 ünvanda yerləşən 92A saylı evin qarşısında naməlum şəxs ona və həmin vaxt yanında olan Bağırov Fikrət Məmmədağa oğluna odlu silahdan bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Baş prokurorluqdan AZXEBER.COM-a verilən xəbərə görə, fakta görə Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilmiş, oradan 7 ədəd giliz və 1 ədəd güllə aşkar edilərək maddi sübüt kimi götürülüb.Müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilib.
Noyabrın 21-də cinayət işi həmin məcəllənin 228.1 və 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələrinə tövsif edilərək istintaq aidiyyəti üzrə Yasamal rayon prokurorluğuna göndərilib.
Hazırda hadisənin baş vermə səbəbi və cinayət əməlini törətmiş şəxsin müəyyənləşdirilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR