Bakıda ‘Gelandewagen’ bu günə düşdü - FOTOLAR

Bakıda ‘Gelandewagen’ bu günə düşdü -  FOTOLAR
Bütün Xəbərlər
00:10 18.02.2014
2967

Bu gün saat 22 radələrində Bakı şəhərinin Yasamal rayonunda “Mersedes”lə toqquşan “Gelandewagen” yaxınlıqdakı yaşayış binasının zirzəmisinə girib.

AZXEBER.COM xəbər verir ki, ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Əbdürrəhim Haqverdiyev küçəsində, keçmiş Çörək zavodunun yanında baş verən qəza zamanı avtomobillərdə olan sərnişinlər və sürücülər yüngül xəsarət alıblar.

Hadisə nəticəsində yolda tıxac yaranıb. Qəzaya səbəb olmuş avtomobillərdən birinin sürücüsünün yardıma ehtiyacı var. Amma hələ ki, hadisə yerinə nə Dövlət Yol Polisi təmsilçiləri, nə də təcili yardım maşını gəlib.

Hadisə nəticəsində, yaxınlıqdakı beşmərtəbəli binanın birinci mərtbəsinin divarı dağılıb, binaya bitişik hasar dağılıb. “Gelandewagen” markalı avtomobil binanın zirzəmisindəki dükanın içinə girib.

OXŞAR XƏBƏRLƏR