Bakıda gənc oğlan 75 yaşlı qocanı öldürdü

Bakıda gənc oğlan 75 yaşlı qocanı öldürdü
Bütün Xəbərlər
07:40 04.09.2012
1163
Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib. Türkan qəsəbəsində qeydə alınan hadisə zamanı 75 yaşlı Məzahir Quliyev özündən 50 yaş kiçik İlkin Şabanov tərəfindən öldürülüb. İlkinin ahıl yaşlı qocaya endirdiyi 4 bıçaq zərbəsi Quliyevin həyatına son qoyub. Hadisədən sonra Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən İlkin Şabanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb. Hadisənin təfərrüatları barədə məlumat verilməsə də, cinayəti törədən şəxslə mərhumun qonşu olduğu bildirilir. Qətlin baş vermə səbəblərinə isə istintaqın gedişatı zamanı aydınlıq gətiriləcək.
OXŞAR XƏBƏRLƏR