Azərbaycan paytaxtında ağır qətl törədilib. Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Zığ yolu, 27 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 19 yaşlı Qaraca Qaracayev münaqişə zəminində qonşusu, 50 yaşlı Aydın Məmmədovu və onun qardaşı 52 yaşlı Vaqifi bıçaqlayıb. Aydın Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib. V. Məmmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.