Bakıda ünvansız ev kirayənişin üçün son mənzil oldu. Suraxanı rayonu, Hövsan qəsəbəsindəki evdə kirayədə yaşayan 26 yaşlı Cavid Əmirov özünü öldürüb.
O, evin həyətindəki borudan özünü asıb. Heç bir yerdə işləməyən Cavidin özünə qəsd etməsinin səbəbləri bilinmir.
Suraxanı Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.