Avtomobili cərimə meydançasına sürmək istəyən polis və vətəndaş arasında əlbəyaxa davaBir neçə gün əvvəl Kukla teatrının qarşısında növbəti polis-vətəndaş qarşıdurması yaşanıb. AZXEBER.COM-un minval.az-a istinadən verdiyi xəbərə görə, videodan da göründüyü kimi taksidə əyləşən polis avtomobili cərimə meydançasına sürmək istəyib. Sürücü onu fikrindən daşındırmaq istəsə də, polis vətəndaşın üzünə mobil telefonla vurub. Cavabında isə vətəndaş bir neçə dəfə polisin üzünə yumruq atıb.