Cinayət işi açılıb.
Təxminən bir saat öncə Bakının Nizami rayonunda yaşayış evində işgəncə ilə öldürülmüş gənc oğlanın meyiti tapılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə haqqin.az-a Nizami rayon Polis İdarəsindən bildiriblər.
Qatil oğlanın əllərini və ayaqlarını bağlayıb, ona işgəncə verib. Cinayətkar qurbanın kəlləsini yararaq qətlə yetirib.
Öldürülən şəxsin kimliyi müəyyənləşdirilməyib. Gənc oğlanın 24-cü polis bölməsinin ərazisində olan yaşayış evlərindən birində kirayə qaldığı məlumdur.
Cinayətin motivi də məlum deyil.
Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.