Qadın çoxlu dərman içərək özünü öldürmək istəyib
Ötən gecə Bakının Yasamal rayonunda 23 yaşlı qadın yaxınlarına böyük həyəcan yaşadıb.
Yasamal Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Yasamal rayonu ərazisində yaşayan 23 yaşlı M.S.-in huşsuz bədəni yataq otağında tapılıb. Hadisə yerinə həkim çağırılıb və qadını ağır halda xəstəxanaya yerləşdiriblər.
Bildirilib ki, M.S. çoxlu dərman içərək özünü öldürmək istəyib. Həkimlərin səyi nəticəsində qadının həyatını xilas ediblər.
Faktla bağlı araşdırma aparılır.