25 yaşlı Günel M. Musanın intim görüşə tək gəlmədiyini görüb və təəccüblənib.
Binəqədi rayon Polis İdarəsində qadının qrup şəklində zorlanması barədə ərizə daxil olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.Az-a Binəqədi rayon Polis İdarəsindən bildiriblər.
25 yaşlı Günel M. bildirib ki, aprelin 14-dən 15-nə keçən gecə Musa adlı gənc insan və onun adını bilmədiyi tanışı tərəfindən Binəqədi şosesi, Biləcəri qəsəbəsində yerləşən “Vulkan” motelində zorlanıb.
Məlumdur ki, o, görüş barədə təkcə Musa ilə razılığa gəlsə də, gənc oğlan özü ilə daha bir dostunu da gətirib.
Əməliyyatçılar qızın fahişəliklə məşğul olduğunu düşünürlər.
“Həmçinin belə bir versiya da var ki, oğlanlar göstərilmiş intim xidmətlərə görə qıza pul verməyiblər. Buna görə də, o, şikayət edib. İstənilən halda informasiya yoxlanılır”, - deyə, Binəqədi RPİ-dən vurğulayıblar.