Bu gün Bakıda “Gənc xanımların uğur formulu” adlı layihənin açılış mərasimi olub.
AZXEBER.COM xəbər verir ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə elan etdiyi C kateqoriyası üzrə təşkil olunub.Layihə rəhbəri Arzu Bəbirova bu gün qadınların müxtəlif sahələrdə öz sözünü deyə bildiyini qeyd edib.“Bu gün Azərbaycanda qadınların ictimai sahədə öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər keçirilir. Dövlətimizin qayğısı sayəsində gender bərabərliyi qorunmaqdadır və qadınlar ictimai sahədə kişilərdən geri qalmır, eyni zamanda bu sahədə fəal iştirak edirlər” - A.Bəbirova bildirib.“Əsas məqsədi cəmiyyətdə gənc istedadlı xanımları aşkar etmək, gənc xanımlarda ictimai sferaya maraq oyatmaq və onları bu sahə ilə yaxından tanış etməkdir. Layihə çərçivəsində ölkəmizdə uğur qazanmış xanımlar öz təcrübələrini iştirakçılarla bölüşəcək və töhfələrini verəcəklər” - layihə rəhbəri vurğulayıb.Açılış mərasimində çıxış edən Ok Maqazin jurnalının baş redaktoru Zəhra Bədəlbəyli bildirib ki, uğur formulunun əsasını inam hissi təşkil edir. O qeyd edib ki, insan özü və ətrafındakıları ona inandıqda bütün çətinliklər asanlaşmağa doğru gedir.Daha sonra AİESEC-in prezidenti Məryəm Mərdanova, bəstəkar Ülviyyə Vəliyeva, teleaparıcı Nərgiz Cəlilova öz uğur formulları haqqında danışıblar.Layihə 4-5 aprel tarixlərini əhatə edəcək.