Paytaxtda gecə saatlarında iki gənc arasında insident baş verib.
Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda baş verib.
Gecə saat 01 radələrində S.Axundov küçəsində Abbas adlı şəxs xuliqanlıq zəminində Bakı sakini, 1988-ci il təvəllüdlü Elvin Fərzəliyevin qollarına və ayaqlarına bir neçə yerdən bıçaqla vurub. Yaralı E.Fərzəliyev xəstəxanaya yerləşdirilərək tibbi yardım göstərilib. Əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Bakı sakini, 1983-cü il təvəllüdlü Abbas Məmmədov saxlanılıb.
Araşdırma aparılır.