AZXEBER.COM xəbər verir ki, forumda 12 ölkədən - Finlandiya, Danimarka, Macarıstan, Çexiya, Avstriya, Niderland, Ukrayna, Türkiyə, Böyük Britaniya, Moldovadan sülh qurucuları, ekspertlər və xarici QHT nümayəndələri iştirak edəcək. Eyni zamanda AGAT Gənclərin Beynəlxalq Sülh Forumunun logosunu ictimaiyyətə təqdim edir. Qeyd edək ki, forumun məqsədi Azərbaycanın regionda sülh quruculuğu işində yeri və rolu barədə Avropa gənclərinə çatdırılması, Avropa - Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri: əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verilir.
Tədbirdə Avropanın kütləvi təşkilatlarından hesab edilən, İngiltərədə fəaliyyət göstərən “Peace One Day” təşkilatının iştirakı planlaşdırılır. “Peace One Day” təşkilatının sosial şəbəkələrdə izləyiciləri 1 milyonu keçir.