Bakıda güclü partlayış: 6-sı bir ailədən 8 nəfər ağır yaralandı

Bakıda güclü partlayış: 6-sı bir ailədən 8 nəfər ağır yaralandı
Bütün Xəbərlər
13:33 08.02.2012
1860
Fevralın 7-də Bakıda güclü partlayış olub.  AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yasamal rayonunda, rayon sakini 55 yaşlı Elşən Şahbazovun mənzilində qaz sızmasından partlayış baş verib. Nəticədə evin qapı və pəncərələri yerindən çıxıb, şüşələr qırılıb, 60 kvadrat metrlik evin bütün yanar konstruksiyaları sıradan çıxıb.Ev sahibi E.Şahbazov, onun 18 yaşlı oğlu Almas və 20 yaşlı oğlu Azər, bacısı 49 yaşlı Gülnarə, qohumları 69 yaşlı Şəfiqə Şahbazova və 39 yaşlı Rəşidə Şahbazova müxtəlif bədən xəsarətləri alıb. Həmçinin, qonşuluqda yaşayan 29 yaşlı Şaban Salmanov və Səadət Həsənova da E.Şahbazovun evindəki partlayış nəticəsində xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR