Bakıda güclü şimal küləyi əsəcək

Bakıda güclü şimal küləyi əsəcək
Bütün Xəbərlər
13:51 05.08.2015
1595
Paytaxtda 35 dərəcə isti olacaq.
Avqustun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
AZXEBER.COM  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, şimal-qərb və şimal küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 23-26, gündüz 30-35 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-30 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR