O bildirib ki, Novxanıda müsabiqənin keçirildiyi məkandan çıxarkən naməlum şəxsin hücumuna məruz qalıb. C.Aşkın deyib ki, gözlənilmədən ona yumruqla zərbə endirilib və özünü itirib: “Məni kimin vurduğunu görmədim. Gözləmirdim ki, məni vurarlar. Özümü itirəndən sonra məni döyüblər”.Bədənində çoxsaylı xəsarətlər olan C.Aşkın polisə müraciət edib. O, döyülməsini hadisəni törədənlərin istədiyi adama səs verməməsi ilə əlaqələndirir.“Merkez.az” saytı “Miss Civilization Azerbaijan 2012” gözəllik müsabiqəsindən sonra döyülən münsifin fotolarını əldə edib. Bu fotoları AZXEBER.COM-un oxucularına təqdim edirik.


