Bakıda gözətçi işlədiyi mağazada yanaraq ölüb

Bakıda gözətçi işlədiyi mağazada yanaraq ölüb
Bütün Xəbərlər
13:42 24.12.2013
555
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakının Səbail rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 26 kvadratmetr olan paltar mağazasında 1 ədəd döşək qismən yanıb. Yanğın kəşfiyyatı zamanı mağazada gözətçi işləyən, 1968-ci il təvəllüdlü Talıbov Vidadi Əkrəm oğlunun meyiti aşkar olunub. Mağaza yanğından mühafizə olunub və yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR