Bakıda gözətçinin əlini və ağzını bağlayıb pulla dolu seyfi apardılar

Bakıda gözətçinin əlini və ağzını bağlayıb pulla dolu seyfi apardılar
Bütün Xəbərlər
11:38 30.10.2014
1053
Onlar kameranın yaddaş kartını da götürüblər.
Bakıda axtarışda olan şəxslər saxlanılıb.
AZXEBER.COM  xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nərimanov RPİ Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Yevlax rayon sakinləri – Rəhman Məmmədov, Muxtar Rəhimov və Cəbrayıl rayon sakini Samir Yadigarov tutulub.
Məlum olub ki, onlar aprelin 30-da Z.Bünyadov prospekti 2096-cı məhəllədə yerləşən mebel mağazasına aldatma yolu ilə daxil olub, gözətçinin əlini və ağzını skotçla bağlayıb, mağazanın müdirin iş otağının qapısını sındıraraq, oradan içərisində 20 000 manat olan seyfi, kompüteri və salondakı nəzarət kamera sisteminin yaddaş kartını götürüb “Mersedes” markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR