Bakıda hansı maşınlara maraq öldü - AÇIQLAMA

Bakıda hansı maşınlara maraq öldü -  AÇIQLAMA
SOSİAL
22:48 26.05.2026
1237
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 443 milyon 619 min ABŞ dolları dəyərində 21 min 120 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28 % az və 37,5 % azdır. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 96,8 % artaraq 305 ədəd (53,654 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 40,7 % azalaraq 18 287 ədəd (341,249 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, hazırda ölkəyə daxil olan nəqliyyat vasitələrinin böyük bir hissəsinə alıcılıq marağı əvvəlki illərlə müqayisədə daha zəifdir:

"Artıq Azərbaycan alıcısı avtomobil seçimində daha diqqətli davranır və təkcə müəyyən bir ölkədən gətirilən nəqliyyat vasitələrinə üstünlük verilmir. Vətəndaşlar əsasən yeni, iqtisadi cəhətdən sərfəli, yanacağa qənaət edən və gələcək perspektivdə daha əlverişli hesab olunan avtomobillərə maraq göstərirlər. Bu gün alıcılar üçün əsas meyar yalnız avtomobilin qiyməti deyil. Eyni zamanda onun keyfiyyəti, texniki göstəriciləri, rentabelliyi, saxlanma xərcləri və ölkə daxilində istifadəyə uyğunluğu da mühüm rol oynayır. İnsanlar elə nəqliyyat vasitəsinə üstünlük verməyə çalışırlar ki, həm gündəlik istifadədə rahat olsun, həm də gələcəkdə texniki və maliyyə baxımından əlavə problem yaratmasın”. 

O deyib ki, bu baxımdan avtomobil bazarında rəqabətlilik daha çox müasir və iqtisadi cəhətdən sərfəli modellər üzərində formalaşır:

"Digər tərəfdən, ölkə ərazisində, xüsusilə paytaxt Bakıda avtomobil bazarındakı ümumi tendensiyaya baxdıqda görünür ki, daha çox yeni və müasir avtomobillərin idxalına üstünlük verilir. Lakin müəyyən dövrdə tətbiq olunan dövlət güzəştlərinin bir qisminin ləğv edilməsi bazara da təsirsiz ötüşmədi. Bu dəyişikliklər nəticəsində avtomobil idxalında müəyyən azalmalar və gözləmə mövqeyi yarandı. Bəzi proseslərdə ləngimə müşahidə olundu. Buna baxmayaraq, düşünürəm ki, bu vəziyyət müvəqqətidir və qarşıdakı illərdə bazar yenidən aktivləşəcək. Növbəti mərhələlərdə həm alıcı marağının, həm də avtomobil idxalının daha balanslı şəkildə formalaşacağı gözlənilir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı