Bakıda havanın hərarəti 5 dərəcəyə çatacaq

Bakıda havanın hərarəti 5 dərəcəyə çatacaq
Bütün Xəbərlər
08:59 18.12.2012
891
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında əsasən yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 20-25, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoz: Dekabrın 18-dən 20-dək Abşeron yarımadasında havanın temperaturunun tədricən yüksəlməsi gözənilir və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
OXŞAR XƏBƏRLƏR