Bakıda həbs olunan İran telekanalının sürücüsü azadlığa buraxılıb
Bütün Xəbərlər
16:44 17.05.2012
1179
3 ay öncə İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin həbs olunmuş yerli sürücüsü Ramil Dadaşov bu gün həbsdən azad edilibAZXEBER.COM Islaminsesi.az-a istinadən xəbər verir ki, Ramil Dadaşov narkotik maddələrin saxlanmasında və istifadəsində şübhəli bilinirdi. Lakin narkotik maddələri daşımaqla bağlı ittihamın sübut olunmaması, eləcə də Ramil Dadaşovun qan analizlərində cavabların mənfi çıxmasına görə, məhkəmə onu azadlığa buraxıb.