Bakıda həbsxanada ölən məhbusun qarnından çoxlu qaşıq çıxdı - TƏFƏRRÜAT

Bakıda həbsxanada ölən məhbusun qarnından çoxlu qaşıq çıxdı - TƏFƏRRÜAT
Bütün Xəbərlər
12:53 01.11.2012
1174
Oktyabrın 29-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş vermiş ölüm hadisəsi ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, istintaq müddətində həbsdə olan 1978-ci il təvəllüdlü Zeynalov Mansur Qərib oğlunun öz əcəli ilə ölmədiyi, intihar etdiyi məlum olub. Məhkəmə tibbi ekspertizası M.Zeynalovun meyitini müayinə edərkən qəribə mənzərə ortaya çıxıb. Vəfat etmiş məhbusun mədə-bağırsaq sistemində çoxlu sayda metal cisim aşkarlanıb. Onun qarnından bir neçə qaşıq, dəmir bolt, metal yad cisim çıxarılıb. Fakt intihar hadisəsi kimi qeydiyyata alınıb və fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Məlumata görə, M.Zeynalov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müxtəlif bəndləri ilə şübhəli bilinərək saxlanılıb. O, 2 ay əvvəl polis tərəfindən yaxalanarkən müqavimət göstərib və Xəzər rayon polis İdarəsi 3-cü Polis Bölməsinin rəis müavinini bıçaqlayıb. Həmin vaxt M.Zeynalov həbs olunmaqdan canını qurtarmaq üçün bilək nahiyəsindən damarlarını da doğrayıb. Lakin həbs olunacağını yəqin etdikdən sonra daha orijinal üsulla vəziyyəti öz xeyrinə dəyişməyə çalışıb. M.Zeynalov hələ Xəzər rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına salınarkən müxtəlif yad cisimlər udub. Bundan sonra Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı İstintaq Təcridxanasına salınan 34 yaşlı şəxs müalicə olunmaqdan imtina edib. O, müalicə ediləcəyi halda, intihara əl atacağını bildirib. Nəhayət oktyabrın əvvəllərində M.Zeynalov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Lakin burada aparılan müalicə onun həyatını xilas etməyə kifayət etməyib. M.Zeynalov daxili orqanlarında qalmış iri yad cisimlərin təsiri ilə ağırlaşmış xəstəlik nəticəsində ölüb.Qeyd edək ki, M.Zeynalov daha Rusiyada da həbsxana həyatı yaşayıb. O, Bakıda törətdiyi quldurluq əməlinə görə saxlanılıb.
//Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
23:58 08.08.2025
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
23:50 08.08.2025
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
23:36 08.08.2025
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
23:31 08.08.2025
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO
23:11 08.08.2025
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO