Bakıda gəlinin toyu günü faciəvi şəkildə ölməsi ilə bağlı təfərrüatlar əldə etdik.
Oxucular Milli.Az-a yazırlar ki, qəzaya düşən maşının sürücüsü Sail Bədirli bəyin sağdışı olub. Onun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Avtomobildə olan 25 yaşlı gəlin Vəsilə Qurbanova dünyasını dəyişib. Sürücü və onun xanımı Rufanə Bədirli isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların hər ikisinin vəziyyəti ağırdır.
V.Qurbanova öz sevdiyi oğlanla 5 il nişanlı qalıb. Dünən isə çoxdan arzuladıqları toy baş tutacaqdı. Ancaq gözlənilməz qəza onların arzularını ürəklərində qoydu.