Bakıda hər bir sürücünün başına gələ biləcək hadisə - ‘Radar fırıldağı’ (VİDEO)

Bakıda hər bir sürücünün başına gələ biləcək hadisə -  ‘Radar fırıldağı’ (VİDEO)
Bütün Xəbərlər
00:55 02.12.2013
5994

Vaz 21099 markalı avtomobilin sürücüsünə aeroport yolunda maksimal sürət həddinin aşılması haqqında yol polisindən məktub gəlib. Sürücü Azər Niftəliyev məktubu görəndən sonra çaş-baş qalıb.

AZXEBER.COM-un “Xəzərxəbər”ə istinadən verdiyi xəbərə görə, sürücü deyir ki, avtomobil 1993-cü il buraxılışıdır. Hətta maksimal sürət 180 olduğu halda 20 illik avtomobili saatda 180 km-lə sürmək mümkün deyil...

Buna görə ona 250 manat məbləğində pul və 4 bal cərimə yazılıb.

Baş Dövlət Yol Polisindən isə bildirilib ki, elekron cihazlara müdaxilə mümkün deyil və həmin hadisə araşdırılır.

Bu məlumat indidən digər sürücülərin zarafat obyektinə çevrilib.

OXŞAR XƏBƏRLƏR