Bakıda hərbçilər yol qəzasına düşdü – Yaralılar var

Bakıda hərbçilər yol qəzasına düşdü – Yaralılar var
Bütün Xəbərlər
00:05 20.11.2012
1003

Bakının mərkəzi prospektində yol qəzası baş verib. 

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 20.15 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2107” markalı maşının “Hyundai” markalı avtomobillə toqquşması nəticəsində “VAZ-2107”in sürücüsü və sərnişini xəsarət alıb. Xəsarət alanlar – sürücü Əli Xəlilov və sərnişini Elşən Adıgözəlovdur. Onların hərbçi olduğu bildirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR