Ağdaş sakini özünü hospitalın damından atmağa çalışıb
Bakıda intihara cəhd olub. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətində istinadla verdiyi məlumata görə, iyulun 1-də Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində Ağdaş rayon sakini, ruhi xəstə Mehdi Musayev özünü Hərbi Hospitalın Terapiya şöbəsinin inzibati binasının damından atmağa cəhd göstərib. Cəhdin qarşısı Nəsimi Rayon Polis İdarəsi 20-ci PB-nin əməkdaşları tərəfindən alınıb.