xari

Bakıda heroin satmaq istəyən şəxs tutuldu

KRİMİNAL
15:53 13.02.2021
379
Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri keçirib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Tural Məcidov saxlanılıb. Şəxsi axtarış zamanı ondan ümumi çəkisi 3 kiloqram 835 qram olan narkotik vasitə heroin aşkar edilib.

Araşdırma zamanı müəyyən olunub ki, T.Məcidov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib. Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş. T.Məcidov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. T.Məcidov tutularaq istintaqa cəlb olunur, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR