Bakıda hovuza getmək neçəyədir? - QİYMƏTLƏR

MARAQLI
10:31 18.06.2012
3557
Bu üsullardan biri də hovuzlarda istirahət etməkdir. Bakı sakinləri bu üsuldan çox aktiv şəkildə istifadə edirlər. AZXEBER.COM xəbər verir ki, Day.Az saytı Bakıdakı hovuzların qiymətlərini öyrənmək üçün araşdırma aparıb. Məlum olub ki, Bakıda hovuzların qiyməti kifayət qədər bahadır. Bakıda hovuzdan 1 saatlıq istifadənin qiyməti 8 manatdan başlayır və 50 manata qədər qalxır. Ən bahalı hovuzlar prestijli otellərin daxilindəki hovuzlardır. Yuxarıdakı qiymətlər artıq üzməyi bacaran insanlar üçündür. Üzgüçülük üzrə təlimatçının köməyinə ehtiyac duyulduqda bu qiymətin üzərinə 5-15 manat arası məbləğ əlavə olunur. Hovuzların bir neçəsi 12 yaşa qədər uşaqlar üçün 50% endirim təklif edir. Ödənişlər aylıq həyata keçirilən hovuzlarda qiymətlər 30 manatdan 240 manata qədər dəyişir.
OXŞAR XƏBƏRLƏR