20 nəfər təxliyyə edildi.
Bakı şəhəri, Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən 13-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelleri 200 p.m yanıb.AZXEBER.COM FHN-nin saytına istinadən xəbər verir ki, yanğın zamanı binanın yuxarı mərtəbələrindən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 10:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.