Bakıda içində meyitlə basdırılan soyuducu tapıldı

Bakıda içində meyitlə basdırılan soyuducu tapıldı
Bütün Xəbərlər
11:25 17.12.2014
1572
Seyidov Xətai rayon sakinidir.
Dekabrın 16-da Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
AZXEBER.COM  xəbər verir ki, bu barədə Vesti.Az-a Sabunçu rayon Polis İdarəsindən bildiriblər.
Xəbər verildiyi kimi, saat 17.55-də Ramana qəsəbəsində “Südçülük” sovxozunun ərazisində 1976-cı il təvəllüdlü Məmmədov Arif Əliaslan oğlunun evinin həyətində Əli Seyidovun cəsədi tapılıb. Qatil qurbanı izolyasiya lenti ilə sarıyaraq, başına sellofan paket keçirib və onu soyuducunun içinə qoyaraq evin həyətində basdırıb.
Məlumata əsasən, qətlə yetirilən şəxsin bədənində tibbi-məhkəmə ekspertizası tərəfindən deşik-kəsik yaraları aşkar olunub. Bundan başqa, Seyidovun boynu və qabırğaları sındırılıb.
Seyidov Xətai rayon sakini olub. Dekabr ayının 13-də Xətai rayon Polis İdarəsi tərəfindən itkin düşmüş kimi axtarışa verilib.
Qətl faktı üzrə cinayət işi açılıb. Şübhəli qismində saxlanılan yoxdur.
OXŞAR XƏBƏRLƏR