Bakının Suraxanı rayonu ərazisində dəm qazından iki ailə yasa batdı. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisələr rayonun müxtəlif ərazilərində baş verib. Belə ki, saat 08:00 radələrində Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, ev 54, mənzil 39 ünvanında yaşayan, 12 yaşlı Rahib Nəbiyev dəm qazından boğularaq ölüb. Onun meyidi hamamda valideynləri tərəfindən tapılıb. Həyatını itirən Rahib Nəbiyev orta məktəbin 6-cı sinifində təhsil alır.