Bakıda iki aylıq gəlinin faciəvi ölümü

Bakıda iki aylıq gəlinin faciəvi ölümü
Bütün Xəbərlər
21:45 22.12.2011
2630

Bakının Sabunçu rayonunda bədbəxt hadisə olub. Rayon Prokurorluğundan verilən məlumata görə, dekabrın 21-də Pirşağı qəsəbə sakini 18 yaşlı Fərqanə Qədiməliyeva evində dəm qazından zəhərlənərək ölüb. Hadisə hamamda baş verib. Onun çimmək üçün hamama girib, gec çıxdığını görən ailə üzvləri qapını sındırdıqları zaman qızın meyitini yerdə görüblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, o, boğulduğu evə oktyabrda gəlin köçübmüş.

OXŞAR XƏBƏRLƏR