Bakıda iki azyaşlı uşaq anası intihar etdi

Bakıda iki azyaşlı uşaq anası intihar etdi
Bütün Xəbərlər
15:15 25.11.2014
2104

Muradovanın cəsədini qohumları tapıblar.

Dünən Qaradağ rayonunda iki azyaşlı uşaq anası özünü asıb.AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.az-a Qaradağ rayon prokurorluğunda bildiriblər.

Məlumata görə, 1984-cü il təvəllüdlü Muradova Zeynəb Nazirağa qızı öz mənzilində intihar edib. Qadın özünü qapının arasından qonaq otağına keçən qaz borusundan şərf ilə asıb. Muradovanın cəsədini qohumları 22.16-da tapıblar. İntihar edərkən evdə heç kim olmayıb.

İntiharın səbəbi müəyyənləşdirilməyib. Muradovanın kiçik övladı dörd aylıqdır.

Fakt üzrə istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR