Bakıda iki fəhlə tikintidə yıxıldı

Bakıda iki fəhlə tikintidə yıxıldı
Bütün Xəbərlər
11:10 05.11.2012
826
Bakıda tikintidə bədbəxt hadisə baş verib.
Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə dünən “28 May” metrosunun yaxınlığından qeydə alınıb. Tikilməkdə olan hündür mərtəbəli binada işləyən fəhlələr 37 yaşlı Ələmdar Tayıbov və 44 yaşlı Bəxtiyar Hüseynov yıxılaraq xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır. 
Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR