Onlar avtobus dayanacağında dayanan Suğra Rzayevanın boynundan qızıl boyunbağını qırıb qaçıblar
Bakıda iki naməlum şəxs bir qadını soyub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Azadlıq prospektində baş verib. Belə ki, 2 nəfər avtobus dayanacağında dayanan Suğra Rzayevanın boynundan qızıl boyunbağısını qırıb qaçıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Anar Əliyev və Akşin Quliyev dünən Binəqədi RPİ 5-ci və Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulublar.