Bakıda iki minik maşını toqquşdu

Bakıda iki minik maşını toqquşdu
Bütün Xəbərlər
09:28 09.11.2012
765
Bakının Sabunçu rayonunda sürücülərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sabunçu-Zabrat yolunda baş vermiş avtoqəzada 45 yaşlı Asif Muxtarovun idarə etdiyi “Tofaş” markalı avtomaşınla 37 yaşlı Tohid Quliyevin idarə etdiyi “Hyundai” markalı minik maşını toqquşub. Avtomobillər toqquşduqdan sonra “Tofaş” markalı avtomaşın zərblə yolun kənarındakı daş səkiyə də dəyib. Nəticədə hər iki sürücü xəsarət alaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Onlardan Asif Muxtarovun vəziyyətinin daha ağır olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR