Bakıda iki molla əlbəyaxa oldu

Bakıda iki molla əlbəyaxa oldu
Bütün Xəbərlər
12:50 15.08.2015
2209
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində mollalar arasında əlbəyaxa dava düşüb.
AZXEBER.COM baku.ws-ə istinadən xəbər verir ki, hadisə qəsəbədəki "20 Yanvar" adına parkda baş verib. Parkda iki yaşlı kişi dincələn zaman onlara digər bir yaşlı adam da qoşulub. Söhbət zamanı məlum olub ki, kişilərdən ikisi molladır.
Onların sözü isə Biləcəri qəsəbəsində düşmüş yası aparmaq üstündə çəpləşib. Ətrafdakı insanlar yaşlı kişiləri çətinliklə ayırıblar. Bir qədər sakitləşəndən sonra isə yaşlı mollalar yenidən əlbəyaxa olublar. Ətrafda olan insanlar mollaları müxtəlif istiqamətlərə apararaq vəziyyəti sabitləşdiriblər.
OXŞAR XƏBƏRLƏR