Bu dəqiqələrdə Bakıda növbəti intihara cəhd hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Report.az-a verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində - Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında yerləşən 16 mərtəbəli binada qeydə alınıb. Binadakı mənzillərin birinin eyvanına çıxan iki naməlum şəxs intihar edəcəyini bildirib.
Hadisə yerinə FHN-nin xilasedicıləri cəlb olunub. İntihar etmək istəyən şəxslərlə danışıqlar aparılır. Xilasedicilər onları fikrindən daşındırmağa çalışırlar.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.