Bakıda iki qız oğlan üstündə bıçaq davasına çıxdı

Bakıda iki qız oğlan üstündə bıçaq davasına çıxdı
Bütün Xəbərlər
15:16 26.11.2015
2073
Faktla bağlı araşdırma aparılır.
Sabunçu qəsəbəsində intihara cəhd hadisəsi baş verib.
AZXEBER.COM  teleqraf.com-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində yaşayan Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Fərqanə Abbasova Sabunçu qəsəbəsi, B.Bünyatov küçəsi, ev 14 ünvanında yaşayan, 1985-ci il təvəllüdlü İlahə Mustafayevanın evinə gəlib.
O, həmin vaxt İlahə Mustafayeva ilə mübahisə edib. Mübahisə zamanı Fərqanə Abbasova bıçaqla özünə çoxsaylı xəsarətlər yetirib.
O, qarın boşluğundan aldığı xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İlkin məlumata görə, gənc qızlar arasında mübahisə oğlan üstündə baş verib. Fərqanə Abbasovanın sevdiyi oğlanla sonradan İlahə Mustafayevanın münasibəti yaranıb.
Bu münasibətdən sonradan Fərqanə xəbər tutaraq, onun evinə gəlib və özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR