Bakıda iki uşaq anası olan 24 yaşlı qadın "patı"dan öldü

SOSİAL
14:33 28.07.2021
2450
Ötən gecə Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən (patı) dünyasını dəyişib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib.

O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır.

İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: "2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24 %-ə (2010-cu ildə 0,9 %) çatıb”.

OXŞAR XƏBƏRLƏR