Bakıda ilk dəfə qısametrajlı filmlər festivalı keçiriləcək
MƏDƏNİYYƏT
13:57 17.01.2012
2746
Azərbaycanda yanvarın 27-də “Üns” Teatrının səhnəsində ilk dəfə “Future Shorts” qısametrajlı filmlər festivalı açılacaq. Festivalın təşkilatçısı “Yarat Contemporary Art Space” şirkətidir.“Future Shorts” layihəsi irimiqyaslı qısametrajlı kino və animasiya filmləri festivalıdır. Onun coğrafiyası çox geniş olub, Braziliyadan tutmuş Koreya Respublikasınadək olan bir ərazini əhatə edir. London, Paris, Moskva, Kiyev, Roma, Edinburq, Oslo, Honkonq kinoteatr və klublarında ayda bir neçə dəfə nümayişlər təşkil olunur.