Bakıda institut direktoru istefa verdi

Bakıda institut direktoru istefa verdi
Bütün Xəbərlər
13:22 25.07.2015
2364
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev tutduğu vəzifədən istefa verib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi Aynel Məşədiyeva APA-ya bildirib ki, T. Hacıyevin istefa ərizəsi dünən Akademiyanın prezidenti Akif Əlizadə tərəfindən qəbul olunub.
Onun sözlərinə görə, T. Hacıyevin yerinə Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu təyin edilib.
A. Məşədiyeva onu da əlavə edib ki, istefaya səbəb T. Hacıyevlə keçmiş direktor müavini Məhəbbət Mirzəliyeva arasındakı qarşıdurma olub.
Qeyd edək ki, T. Hacıyevin istefası haqda xəbəri ilk olaraq aznews.az saytı yayıb.
OXŞAR XƏBƏRLƏR