Bakıda iş adamı döyüldü

Bakıda iş adamı döyüldü
Bütün Xəbərlər
11:19 21.12.2012
1069

Onu xəstəxanaya yerləşdiriblər.

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində 50 yaşlı iş adamı döyülüb. Rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, 1962-ci il təvəllüdlü Kamil Əlimuradov möhkəm döyülüb. Onu kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriblər. Xəstənin vəziyyəti ağır olduğu üçün onun ifadəsi alınmayıb. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR